Breyn-rinq yarışı keçirilib
Məktəb-liseyin 5-ci sinif şagirdləri arasında Dünya azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş "Breyn-rinq" yarışı təşkil olunub. Tarix və riyaziyyat fənləri üzrə şagirdlərə müxtəlif düşündürücü suallar təqdim olunub. Yarış 3 mərhələdən ibarət olub, 1-ci və 2-ci mərhələdə şagirdlər 8 suala, 3-cü final mərhələsində isə 10 suala cavab verib. Finalda 10 sualdan 8-nə düz cavab verən 5a sinfi qalib olub. Sonda qaliblərə diplom və hədiyyələr təqdim olunub.