Əlaçı yarışı keçirilib
Məktəb-liseyin fizika müəllimi Gülər İsmayılovanın təşkilatçılığı, 8 və 9-cu sinif şagirdlərinin iştirakı ilə Əlaçı yarışı təşkil edilib. Yarış 3 mərhələdən ibarət olub. Birinci mərhələdə 1 dəqiqə ərzində 6 sual olmaqla cəmi 12 sual cavablandırılıb. Ən çox bal toplayan 6 iştirakçı 2-ci mərhələyə keçib. İkinci mərhələdə hər bir şagird hər biri 1 dəqiqə olmaqla 2 mövzu üzrə suallara cavab verib. Mövzular Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, kimya, biologiya, coğrafiya, fizika, dillər, kino, tarix, ümumi bilik və idman ətrafında cəmləşib. Ən çox bal toplayan şagird 3-cü mərhələyə keçid edib. Üçüncü mərhələdə ən tez suala cavab verən iştirakçı 1 bal qazanıb. Ən son turda 5 bal toplayan birinci şagird qalib olub.
Yarışın qalibləri 8b sinif şagirdi Nazlı Musayeva, ikinci yerdə Əli Əliyev, üçüncü yerdə isə Nuray Musayeva olub. Qaliblər diplom və hədiyyələrlə təltif edilib.