Növbəti açıq dərs keçirilib

Məktəb-liseyin ibtidai sinif müəllimi Leyla Quliyevanın rəhbərliyi ilə 3Ə sinfində Azərbaycan dili fənnindən “Cümlənin məqsədə görə növləri“ mövzusunda açıq dərs keçirilib.

Dərsdə məktəb-liseyin direktoru Zeynəb Vəliyeva, direktor müavinləri və metodbirləşmə sədri iştirak edib. Müxtəlif videoçarxlar nümayiş olunub, dərsin mövzusuna aid tapşırıqlar şagirdlər tərəfindən yerinə yetirilib. Mövzunu daha mükəmməl və həvəslə qavramaq üçün müxtəlif oyun tipli tapşırıqlar həll olunub. Dərsin qiymətləndirmə və refleksiya mərhələsində şagirdlər qruplara bölünüb və hər qrupa bir tapşırıq verilib.

Sonda müəllim şagirdləri bir neçə meyara əsasən qiymətləndirərək dərsi yekunlaşdırıb.

      

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi