Anım günü münasibəti ilə tədbir keçirilib

    Məktəb-liseydə Azərbaycan dili və ədəbiyyat müəllimi Fəxriyyə Mustafayevanın təşkilatçılığı ilə  6C sinfində Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

    Şagirdlərə Ulu Öndərin mənalı həyat yolu, Azərbaycanın inkişafı, çiçəklənməsi yolunda göstərdiyi xidmətlər, zəngin və çoxşaxəli irsi haqqında geniş məlumat verilib. Şagirdlər dahi rəhbərə həsr olunmuş şeirlər ifa edib. Ulu     Öndərin kəlamlarından sitatlar gətirib, dünya siyasətçilərinin Heydər Əliyev haqqında söylədikləri fikirləri səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi