Akademiya üzvləri diplomla təltif olunub

Məktəbin "Kiçik Akademiya"sının “Dünəndən bu günə” adlı hesabat tədbiri keçirilib.
Tədbirdə Akademiyanın işində fəallıq göstərən, yaradıcı təfəkkürü ilə fərqlənən üzvləri mükafatlandırılıblar.
Məktəb-liseyin direktoru Zeynəb Vəliyeva və "Kiçik Akademiya"nın rəhbəri Ülviyyə Eyvazova fəal şagirdlərə diplomlar təqdim ediblər.