Beynəlxalq Əlillər Günü
Məktəb-liseyin müəllimi Arifə Vəliyevanın təşkilatçılığı ilə 2C sinfində 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə şagirdlər işarət dili ilə fikirlərini ifadə edib, gözdən əlil və digər fiziki qüsurlu insanların bir anlıq da olsa yaşadıqlarını hiss etdirmək, həmin insanlara sevgi ilə yanaşmanın hər zaman mühüm və vacib olduğu fikrini anlatmağa çalışıblar.