Zooparka ekskursiya təşkil edilib

           Məktəb-liseyin ibtidai sinif müəllimi Nişanə Xəlilova 1E sinif şagirdləri ilə birlikdə 25 noyabr 2022-ci il tarixdə zooparka ekskursiya təşkil edib. Dərs-ekskursiyanın mövzusu heyvanlar olub. Dərs-ekskursiya öncəsi müəllim hər şagirdə bir heyvan haqqında təqdimat hazırlamağı tapşırıb. Şagirdlər və valideynlər tədqiqat işinə məsuliyyətlə yanaşaraq gözəl iş ərsəyə gətirib. Təhsilalanların və valideynlərin zooparka təhlükəsiz çatdırılması təmin olunub. Dərs-ekskursiyanın keçirilməsindən əvvəl müəllim şagirdlərə ekskursiyada və zooparkda davranış və təhlükəsizlik qaydaları barədə də məlumat verib. Ekskursiya zamanı müəllim tədqiqata əsasən suallar səsləndirib. Şagirdlər tədqiqat apardıqları heyvanları yaxından görüb və onlar haqqında daha geniş məlumat əldə edib. Ekskursiya sonrası şagirdlərə zooparkda gördükləri haqqında kiçikhəcmli esse yazmaq tapşırılıb. Ekskursiya bitəndən sonra şagirdlər təhlükəsizlik qaydalarına riayət edilməklə ümumitəhsil müəssisəsinə çatdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi