Firidun bəy Köçərliyə həsr olunmuş dəyirmi masa

        22 noyabr 2022-ci il tarixində məktəb-liseyin kitabxanasında Azərbaycanın maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycanın ədəbiyyat tarixçiliyi elminin banisi Firidun bəy Köçərliyə həsr olunmuş dəyirmi masa təşkil olunub. Məktəb-liseyin 8A sinif şagirdləri Köçərlinin həyat və fəaliyyəti, onun İrəvan Müəllimlər Seminariyasındakı rolu haqqında geniş məlumatla tanış olub. Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Mehdiyeva və kitabxanaçılar Nailə Mustafayeva, Günel Quliyeva tərəfindən Köçərlinin ədəbiyyatşünaslıq və tədqiqatçılıq sahəsində qazandığı uğurlar xüsusi vurğulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi