Açıq dərs keçirilib
21 noyabr 2022-ci il tarixində 166 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Aygül İbrahimovanın rəhbərliyi ilə 2A sinfində Azərbaycan dili fənnindən "Su damcısının hekayəsi" mövzusunda açıq dərs keçirilib. Dərsdə məktəb-liseyin direktoru Zeynəb Vəliyeva, direktor müavinləri və metodbirləşmə sədri iştirak edib. Müxtəlif videoçarxlar nümayiş olunub, dərsin mövzusu olan mətn şagirdlər tərəfindən oxunub, bir çox tapşırıqlar yerinə yetirilib. Dərsin qiymətləndirmə və refleksiya mərhələsində şagirdlər qruplara bölünüb və hər qrupa iki tapşırıq verilib. Sonda müəllim şagirdləri bir neçə meyara əsasən qiymətləndirərək dərsi yekunlaşdırıb.