Yol hərəkəti qaydaları
Məktəb-liseyin ibtidai sinif müəllimi Aygül İbrahimova 2A sinfində "Yol hərəkəti qaydaları" adı altında tədbir keçirib. Tədbirdə başda məktəb-liseyin direktoru Zeynəb Vəliyeva olmaqla, direktor müavinləri və metodbirləşmə sədri də iştirak edib. 2A sinif şagirdlərinin hər biri yol nişanları haqqında geniş məlumat verib. Şagirdlər həmçinin yol nişanları, işıqfor haqqında mahnılar da səsləndiriblər. Şagirdlərin maraqlı çıxışları işıqfor haqqındakı şeir və çıxışları ilə davam edib. Daha sonra yol polisinin tövsiyələri dinlənilib. Yol hərəkəti haqqında təşkil olunan bu tədbirin məqsədi - şagirdlərə günlük həyatda yolda hərəkət zamanı istifadə olunan bütün lazımi bilikləri aşılamaq olub.