Erkən nikah və onun fəsadları

           Qaradağ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə məktəb-liseydə şagirdlərlə “Erkən nikah və onun fəsadları” mövzusunda görüş keçirilib. Tədbirdə çıxış edən Qaradağ Rayon Qeydiyyat Şöbəsinin rəisi Nurlanə Rəşidova, Qaradağ Rayon İcra Hakimiyyəti nümayəndəsi Ruslan İsmayılov və Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov şagirdlərə erkən nikahın səbəb olduğu problemlərdən söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. Məktəb-liseyin psixoloqları Nuranə Səmədova və Leyla Məsimli də çıxışlarında qeyd edib ki, hər bir şagird hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır. Sonda isə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi