Yol hərəkəti qaydaları

11 noyabr 2022-ci il tarixində  məktəb-liseyin müəllimi Şəhla Məmmədova 2B sinifində "Yol hərəkəti qaydaları" adı altında tədbir təşkil edib.Tədbirdə şagirdlər yol hərəkəti qaydalarının böyük əhəmiyyətini göstərən kiçik səhnəciklər nümayiş etdirib. Səhnəciklər nümayiş olunan zaman onlar işıqfordan istifadə qaydasını öyrənib, bu haqda ətraflı məlumatla tanış olublar.

Şagirdlər yol hərəkət qaydaları ilə bağlı şeirlər səsləndirərək tədbiri daha maraqlı hala gətirib. İşıqfor maketi hazırlanaraq digər şagirdlərə də nümayiş etdirilib.

Şagirdlərimiz artıq yolda hərəkət edərkən nəyə diqqət etməli olduqlarını, hansı nişanın hansı mənaya gəldiyini izahlı şəkildə öyrənərək bu haqda geniş məlumat alıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi