Həyatımızı xilas edən nömrələr

11 noyabr 2022 - ci il tarixdə məktəb-liseyin müəllimi  Arifə Vəliyeva  2C sinfində “Həyatımızı xilas edən nömrələr” başlığı altında şagirdlər və onların valideynləri ilə birlikdə hazırladığı maket və rəsmlərdən ibarət sərgi və tədbir təşkil edib. Dərsin məqsədi şagirdlərə kiçik yaşlardan həyatlarında baş verə biləcək fövqaladə hallar zamanı edilən ilkin bilik və anlayışları, hadisə zamanı köməyə çatacaq nömrələrin əhəmiyyətini əyani şəkildə mənimsəməyi hədəfləmək olub.

Rəsmlərdə fövqaladə hadisələr təsvir olunub. Təcili yardım, polis, yanğınsöndürən maşınların və yanğın zamanı istifadə edilən balonların maketləri hazırlanıb.

Şagirdlər Fövqaladə Hallar Nazirliyinin fəaliyyət göstərdiyi sahələr üzrə edilən xidmətləri səhnələşdirərək bu işlərin nə qədər əhəmiyyətli olduğunu vurğulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi