"Tarixi dəyərlərimiz" adlı bilik yarışı
Məktəblinin Dostu layihəsi çərçivəsində 166 nömrəli məktəb-liseyin 7-ci sinifləri arasında Şəhid Fərid Quliyevin əziz xatirəsinə həsr olunmuş "Tarixi dəyərlərimiz" adlı bilik yarışı keçirilib. Yarışmada 1-ci yeri "Bilik ovçuları" komandası, 2-ci yeri "Akademiklər" komandası, 3-cü yeri isə "Saturn" komandası qazanıb. Qaliblər sertifikat və bir sıra digər hədiyyələrlə təltif olunub.