Zəfərin mübarək, ey Vətən!

           Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən Müharibəsi xalqımızın ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib.

           8 Noyabr - Azərbaycan xalqının şanlı tarixinə daxil olan Zəfər Günüdür. Bu münasibətlə məktəb-liseyin kitabxanasının əməkdaşları Nailə Mustafayeva, Günel Quliyeva və məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Naibə Cəfərova tərəfindən Zəfər Gününə həsr edilmiş "Zəfərin mübarək, ey Vətən!" adlı tədbir keçirilib.

            Tədbirdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən Müharibəsində əldə etdiyi şanlı Zəfərin xronikası barədə şagirdlərə məlumat verilib, doğma torpaq uğrunda cvanlarından keçən şəhidlərin gələcək nəsillər üçün örnək olan həyat və döyüş yolu barədə danışılıb.

            Daha sonra məktəbin 5B sinif şagirlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, kompozisiyalar nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi