Zəfər Gününə həsr edilmiş tədbir keçirilib

      Məktəb-liseydə Zəfər Gününə həsr edilmiş təntənəli tədbir keçirilib.

      Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Qaradağ rayon Təhsil İşçiləri Həmkarlar Komitəsinin sədri Zümrüd Rzayeva, şəhid ailələrinin üzvləri, qazilər, şagirdlərin valideynləri, rayonun təhsil ocaqlarının əməkdaşları iştirak ediblər. 

      Tədbir Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

      Sonra məktəbin müəllimləri tərəfindən "Zəfər nəğməsi" səsləndirilib.

      Şagirdlər də Zəfər təntənəsi ilə bağlı şeirlər səsləndirib, qəhrəmanlıq nəğmələri və rəqsləri ifa ediblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi