Beynəlxalq Məktəb Kitabxanaları Günü

Məktəb-liseyin ibtidai sinif müəllimi Dilarə Babayevanın rəhbərlik etdiyi 4ç sinif şagirdlərinin kitabxana ilə tanışlıq günü təşkil edilib. Kitabxana müdiri Nailə Mustafayeva şagirdlərə kitab və kitabxanaların yaranma tarixindən, məktəb kitabxanalarının keçdiyi inkişaf yolundan bəhs edib.
Qədim və müasir kitabxanalar, Azərbaycan Respublikasının ən böyük kütləvi kitabxanası olan M.F.Axundov adına Milli Kitabxana haqqında söylənilən məlumatlar şagirdlərdə böyük marağa səbəb olub. Məktəb kitabxanalarının şagirdlərin təlim-tərbiyəsində və təhsilində böyük rol oynadığını xüsüsi vurğulayıb. Ən sonda isə şagirdlərə asudə vaxtlarında mütaliə etmək üçün müxtəlif janrlarda olan ədəbiyyatlara müraciət etməyi tövsiyə edib.