I və V sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib
09.09.2022-ci il tarixdə məktəb-liseydə 1-ci və 5-ci sinif şagirdlərinin valideynləri ilə 2022-2023-cü tədris ilinin başlanması ilə əlaqədar görüş təşkil edilib. 1-ci sinif şagirdlərinin valideynləri ilə övladlarının məktəbə başlaması barədə anket-sorğu keçirilib. Görüş zamanı uşaqların müxtəlif yaş mərhələlərində psixoloji-emosional vəziyyətindən, valideynlərin övladlarına düzgün münasibətindən, fərdi yanaşmadan, müəllim-valideyn-şagird münasibətlərinin səmərəli təşkilindən də söhbət açılıb.