Son zəng tədbiri keçirilib

         İyunun 14-də məktəb-liseydə “Son zəng” tədbiri keçirilib. Tədbirdə məktəb rəhbərliyi, sabiq məzunlar, valideyn və şagirdlər iştirak edib. “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Direktor Zeynəb Vəliyeva sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib. Çıxışı zamanı direktor şagirdlərin yerli və beynəlxalq olimpiadalarda əldə etdikləri uğurlardan danışıb. Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib. Simvolik “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub. Sonda “Son zəng” çalınıb, səmaya əlvan şarlar buraxılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi