İbtidailər Qobustan qayalıqlarında
Məktəb-liseyin 4a sinif şagirdləri sinif rəhbəri Solmaz Məhərrəmovanın təşkilatçılığı ilə Qobustan Dövlət Tarix və Bədii Qoruğuna ekskursiyası təşkil edilib. Ekskursiya zamanı şagirdlər muzeylə, qoruqda sərgilənən Mezolit (orta daş dövrü) abidələri, açıq səma altında yerləşən qədim insanların çəkdikləri qayaüstü rəsmlər, onların həyat və məişəti ilə bağlı digər maddi mənbələrlə tanış olublar.