Bizim Çempionumuz layihəsi

           20.04.2022-ci il tarixdə məktəb-liseyin  akt zalında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllülərinin birgə layihəsi olan "Bizim Çempionumuz" layihəsi çərçivəsində MAA idman növü üzrə peşəkar döyüşçü, Respublika çempionu, 3 qat Dünya çempionu, Avropa çempionu, Asya döyüş kəmərinin sahibi, TT fight döyüş klubunun təmsilçisi Ehtiram Rzayev ilə görüş keçirilib. Görüşdən əvvəl  Qarabağ uğrunda şəhid olmuş həmvətənlərimizin  xatirəsi  1 dəqiqəlik sükutla  anılıb.

Tədbirdə Elçin Abbasov  “Bizim çempionumuz” adlı layihənin mahiyyətindən və məqsədindən danışaraq ölkəmizin dünyada idman ölkəsi kimi də tanınmasından, ölkəmizdə idmanın inkişafından söz açıb. Daha sonra Elçin Rzayev idmanda keçdiyi döyüş yollarından, qalibiyyətə aparan yolun sirlərindən bəhs edib və məktəblilərə idmanla məşğul olmağı tövsiyə edib. Tədbirdə Elçin Rzayev haqqında hazırlanmış slayda da baxılıb. Sonda məktəblilər çempion ilə xatirə şəkli çəkdirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi