"Tarix və mədəniyyət abidələrinin qorunması" mövzulu açıq dərs keçirilib

          18 aprel 2022-ci il tarixdə məktəb-liseyin 10c sinfində Azərbaycan dili fənni üzrə 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respubikasının qanunu” mövzusunda açıq dərs keçirilib. Azərbaycan dili müəllimi Gülnarə Şükürova qrupları saz misiqisi ilə təqdim etdikdən sonra tarixi abidələrimizi əks etdirən videoçarxla dərsə başlayıb. Mövzunun müzakirəsinə başlayan müəllimin əsas məqsədi şagirdlərə tarixi abidələrimizi yaxından tanıtmaq, ulu öndərimiz  Heydər Əliyevin 10 aprel 1998-ci ildə imzaladığı qanunları mənimsədib yeri gəldikcə əməl edilməsinin vacibliyini öyrətmək idi. Dərsin gedişatında tədqiqat sualı olaraq ulu öndərimizin imzaladığı qanundakı maddələr müzakirə olunub. Digər bir bölmə olan krossvord bölməsində fənlərarası əlaqə yaradılıb, işğaldan azad olunmuş torpaqlarımız və erməni vandalizmi nəticəsində məhv edilmiş tarixi abidələrimiz haqqında danışılıb. Dərsin sonunda isə həm qruplar bir-birini, həm də müəllim şagirdləri fərdi olaraq meyarlar üzrə qiymətləndirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi