Riyaziyyat fənni üzrə açıq dərs keçirilib
15.04.2022-ci il tarixdə məktəb-liseyin 6d sinfində riyaziyyat fənni üzrə açıq dərs keçirilib. "Fəza fiqurları" mövzulu dərsdə öyrənmə mərhələsində şagirdlər fəza fiqurlarının modelləri ilə tanış olub. Hər bir fiquru əyani şəkildə öyrəndikdən sonra qruplarla iş zamanı tədqiqat sualına uyğun araşdırma apararaq sualları cavablandırıblar. Sonda komandalar və dərs zamanı fəal olan şagirdlər qiymətləndirilib.