Riyaziyyat həftəsi çərçivəsində “Bilik yarışı” keçirilib
14.04.2022-ci il tarixində fizika, riyaziyyat, informatika fənlərinin görüşü adlı "Bilik yarışı" keçirilib. Yarışda 6 komanda - Lütfizadə, Pifaqor, Aristotel, Nyuton, Tusi və Eynşteyn komandaları iştirak edib. Mərhələlər arası ifa edilən müxtəlif musiqi parçaları, fizika fənni üzrə göstərilən təcrübələr hər kəsin marağına səbəb olub.