Bulinq nədir, onun növləri və qarşısının alınması yolları
Məktəb-liseydə psixoloq Nuranə Səmədova və məktəblinin dostunun iştirakıyla siniflərdə maarifləndirici söhbət aparılıb. "Bulinq nədir, onun növləri və qarşısının alınması yolları" mövzulu söhbət zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən "Mənimlə danış" adlı video-çarx nümayiş etdirilib və şagirdlərin video-çarx haqqında fikirləri dinlənilib. Daha sonra şagirdlərlə mövzu ətrafında müzakirələr aparılıb.