İngilis dili həftəsi çərçivəsində növbəti açıq dərs

            05.04.2022-ci il tarixində məktəb-liseydə İngilis dili həftəsi çərçivəsində 4d sinfində ingilis dili müəllimi Samirə Musayevanın açıq dərsi dinlənilib. Dərsin mövzusu "Mənim günüm və həftə günləri" olub. Müasir metodlardan istifadə edilərək qurulan dərsdə həm kollektiv, həm qrup, həm də fərdi şəkildə siniflə iş aparılıb. Bu zaman paylama materiallarından, eyni zamanda texniki vasitələrdən - video və audio materiallardan istifadə edilib. Müəllim riyaziyyat, azərbaycan dili, musiqi və fiziki tərbiyə ilə, eyni zamanda fənüstü-həyatla inteqrasiya edərək şagirdlərə dərsi daha asan çatdırmağa çalışıb. Həm müəllim, həm də şagird qiymətləndirilməsi aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi