Dəyirmi masa təşkil edilib

     06.04.2022-ci il tarixdə məktəb-liseydə “İngilis dili həftəsi” çərçivəsində 7b sinfində Samirə Musayeva və Hafizə Həmidli tərəfindən dəyirmi masa(Round Table) təşkil edilib. 22 Aprel-Yer günü və dünyamızın qlobal problemləri mövzusunda təşkil edilən dəyirmi masada aprel şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilib. Diskussiya zamanı Yer planeti, ilk öncə Yer Gününün yaranma tarixi barədə məlumat verilib. Daha sonra yaşadığımız dövrdə ətraf mühitdə üzləşdiyimiz problemlər şagirdlər tərəfindən ortaya qoyularaq bu problemlərin həlli yollarına öz aspektlərindən yanaşıblar.
Ətraf mühitdəki çirklənmələr, Qırmızı kitaba salınan nəsli kəsilməkdə olan bitki və heyvan növləri ,eyni zamanda meşələrin qırılması problemləri və həlli yolları qabardılıb. Buna nümunə olaraq məktəbimizdəki ağacəkmə aksiyası göstərilib və bu önəmli tədbirin tərbiyəvi əhəmiyyəti vurğulanıb. Sonda məktəbin direktoru Zeynəb Vəliyeva dərsə, şagirdlərə münasibətini bildirib və tərbiyəvi məsləhətlər verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi