Novruz bayramı tədbirlərimiz davam edir

      Məktəb-liseydə bir çox sinfin iştirakı ilə Novruz bayramı tədbiri təşkil edilib. Təşkilatçılığını məktəb-liseyin müəllimləri Sevda Zeynalova və Sahibə Nəsirovanın etdiyi tədbir Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə keçirilib. Tədbiri giriş sözü ilə açıq elan edən, məktəb-liseyə yeni təyin edilən direktor Zeynəb Vəliyeva insanların arzu və ümidlərinin, niyyətlərinin pöhrələnməsini təcəssüm edən Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib və onlara xoş günlər arzulayıb. Tədbirdə şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər göstərib, yallı gedib və digər özfəaliyyət bacarıqlarını nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi