Novruz bayramının tarixi
Məktəb-liseydə "Bahar çələngi" layihəsinin icrası ilə bağlı Tədbirlər Planına əsasən Novruz bayramının tarixinə həsr olunmuş növbəti tədbirimiz baş tutub. Məktəb-liseyin tarix müəllimləri Könül Quliyeva, Ağabəyim Ələkbərova və 8-ci sinif şagirdlərinin iştirakı ilə baş tutmuş tədbirdə bu mövzuya aid slaydlar nümayiş edilib, tarixi faktlar göstərilib, şagirdlərin çıxışlarına yer verilərək, fikirləri dinlənilib.