Milli oyunlarımız
"Bahar çələngi" layihəsinin icrası ilə bağlı Tədbirlər Planına əsasən məktəb-liseydə “Milli Oyunlarımız”dan ibarət yarış təşkil edilib. Azərbaycan Respublikasının Dövlət Himni ilə start verilən yarış, məktəb-liseyin direktoru, təşkilatçılar və ardınca dəvət olunmuş qonaqların çıxışı ilə davam edib. Yarışın təşkilində məqsəd- təhsillə yanaşı məktəb-şagird, şagird-müəllim və məktəblərarası əlaqələrinin möhkəmləndirilməsi olub.