5 Mart Bədən Tərbiyəsi və İdman Günü
5 Mart Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar 1e sinfində məktəbin fiziki tərbiyə müəllimi İlnara Allahverdiyeva tərəfindən oyun idman növləri üzrə yarışlar, mükafatlandırma və digər tədbirlər keçirilib. Tədbir zamanı şagirdlərə bildirilib ki, hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ilə bağlı 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.