Nümunəvi dərs keçirilib
Məktəb-liseyin 7a sinfində tarix müəllimi Çinarə Xalıqovanın Xocalı faciəsinin 30 illiyinə həsr olunmuş nümunəvi dərsi keçirilib. Xocalı faciəsi qurbanlarının, şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Şagirdlər Xocalı faciəsi ilə bağlı layihə işlərini, şeirlərini təqdim ediblər, Xocalı faciəsinə aparan tarixi hadisələr haqqında məlumat verilib. Qeyd olunub ki, 1992-ci il 26 fevralda törədilmiş Xocalı soyqırımı erməni millətçilərinin azğınlaşmış və qəddar siyasətinin təzahürü kimi uzun illər yaddaşlarda qalacaqdır.