Xocalı soyqırımını unutma! adlı rəsm müsabiqəsi
Məktəb-liseydə Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma!” adlı rəsm müsabiqəsi keçirilib. Müsabiqənin məqsədi Xocalı faciəsinin qurbanlarını ehtiramla yad etmək, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslə tarixi həqiqətləri çatdırmaq və istedadlı şagirdlərin yaradıcılıq potensiallarını üzə çıxarmaqdan ibarət olub. Münsiflər heyəti tərəfindən işlər qiymətləndirilərək qaliblər müəyyən edilib. Müsabiqənin qalibləri diplom, digər iştirakçılar isə təşəkkürnamə ilə təltif olunub.