Ağlama, qərənfil, ağlama, xarıbülbülün azaddır!
Məktəb-liseydə 20 Yanvar facəsinin otuz ikinci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra suverenliyimiz uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Şagirlərin əl işlərindən ibarət sərgi, səsləndirdikləri şeirlər tədbir iştirakçılarının marağına səbəb olub.