Növbəti açıq dərs keçirilib
15.01.2022-ci il tarixdə məktəb-liseyin tarix müəllimi Çinarə Xalıqova 6d sinfində Azərbaycan tarixi fənnindən "Manna dövlətinin yaranması və yüksəlişi" mövzusunda açıq dərs keçirib. Dərsin keçirilməsində əsas məqsəd; qədim mannalıların həyat tərzini və məşğuliyyətlərini Azərbaycan ərazisinin təbii-coğrafi şəraiti ilə əlaqələndirmək, Manna dövlətinin daxili və xarici siyasətini izah etmək, Manna dövlətinin inkişafında İranzunun rolunu dəyərləndirmək olub.