Növbəti açıq dərsdən
07.01.2022 tarixində 7b sinfində Azərbaycan tarixi fənnindən “Oğuz-Səlcuq axınları” mövzusunda açıq dərs keçirilib. Dərsimizin əsas məqsədi səlcuq axınlarını maddi və yazılı mənbələrlə əlaqələndirmək, səlcuq axınlarını xəritəyə əsasən izah etmək olub. Video-çarx əsasında motivasiya təşkil edərək şagirdlərə yönəldici suallar verilib. Şagirdlər qruplara bölünərək tədqiqat mərhələsi təşkil edilib. Tədqiqat sualı ətrafında şagirdlər iş vərəqələri üzərində araşdırma aparılıb, dərsdə resurs kimi dərslik, iş vərəqələrindən, xəritədən istifadə edilib. Açıq dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Quliyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Haqverdiyeva, tarix müəllimi Ağabəyim Ələkbərova iştirak edib.