Uşaqlar gələcəyimizdir!
"Uşaq Hüquqları" aylığı çərçivəsində məktəb-liseyin 2ə sinfinin sinif rəhbəri Leyla Quliyeva şagirdlərlə onların hüquqları barədə maarifləndirici söhbət aparıb. 20 Noyabr Uşaq Hüquqları Konvensiyasının 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edildiyi gündür. Konvensiya uşaqların iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malik olmasını vurğulayır. Şagirdlərə bu haqda qısa məlumatlar verilib.