Fizika müxtəlif dillərdə necə səslənir?

       16.11.2021-ci il tarixdə məktəb-liseydə Kiçik Akademiyanın hesabatı keçirilib. Yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagird və yeniyetmələrlə aparılan işlərin gücləndirilməsi, şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin formalaşması ilə bağlı tədbirlərin sistemli keçirilməsi müzakirə olunub. Eyni zamanda Kiçik Akademiyanın dekabr ayında olacaq konfransında iştirak edəcək 9b sinif şagirdi Emin Əliyev seçilərək konfransda iştirakı ilə bağlı təqdimatı dinlənilib və bəzi tövsiyələr verilib. Tədbirdə iştirak edən 8f sinif şagirdlərindən Mədinə, Ayan, Aysu, Zəhra, Gülər, Gülay, Qeyyub, Heydər adlı şagirdlər "Fizika müxtəlif dillərdə necə səslənir?" adlı kiçik səhnəcik təqdim edib. Eyni zamanda 6f və 6g sinfindən Kənan Hüseynzadə, Əli Musayev hazırladıqları müxtəlif qurğuları təqdim edib. Sonda bütün şagirdlərə tədqiqat işlərini daha da artırmaq məqsədilə müxtəlif mövzuların araşdırılması, referatlar, layihələr üzərində onun davam etdirilməsi tapşırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi