Qənimətlər Parkına ekskursiya
"8 Noyabr Zəfər Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı"na əsasən məktəb-liseyin həm ibtidai, həm də yuxarı sinif şagirdlərinin Hərbi Qənimətlər Parkına ekskursiyaları təşkil edilir. 07.11.2021-ci il tarixdə 5ç sinif şagirdləri Qənimətlər Parkını ziyarət edib, açıq səma altında muzey kimi fəaliyyət göstərən parkı ekskursiya edən şagirdlər Azərbaycan Silahlı Qüvvələrinin azad olunan ərazilərdə qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanları, müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, Azərbaycan ərazisinə atılmış "İsgəndər-M” raketinin qalıqlarına baxış keçirib.