Yaradıcılıq müsabiqəsi üzrə məktəb mərhələsi
“Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin Təsviri incəsənət nominasiyası üzrə məktəb mərhələsi keçirilib. Mərhələdə VIII - X sinif şagirdləri iştirak edib. Şəhər mərhələsi üçün göndəriləcək rəsm əsəri seçilib, qalan hər bir şagird isə diplomla təltif edilib.