Profilaktika və ehtiyat tədbirləri
07.10.2021-ci il tarixdə məktəb-liseyin tibb bacısı Pərvanə Orucova VIII - XI sinif şagirdləri ilə Covid-19 xəstəliyindən qorunmaq üçün profilaktika və ehtiyat tədbirləri, uşaqların dispanserizasiyaya cəlb edilməsi məqsədi ilə əhali arasında xəstəliklərin risk amillərinə dair müvafiq mövzular üzrə maarifləndirmə barədə söhbət aparıb.