Film saatı
Məktəb-liseyin 4e sinfində sinif rəhbəri Nişanə Xəlilovanın təşkilatçılığı ilə "Film saatı" təşkil edilib. 29.09.2021-ci il tarixində baş tutan görüş zamanı şagirdlərin təsəvvüründəki "Kinoteatr necə olur?" sualının cavabı əyani şəkildə onlara göstərilib. Azərbaycanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri tanıdılıb. Onlarda dinləyib - anlama, məsələyə münasibət bildirmə, yaddaşlarını yoxlama kimi bacarıqlar sınaqdan keçirilib.