Pedaqoji Şuranın növbəti iclası keçirilib

    28.09.2021-ci il tarixində Pedaqoji Şuranın növbəti iclası keçirilib. İclasda direktor Şəmsi Qocayev, direktor müavinləri, metodbirləşmə rəhbərləri və müəllimlər iştirak edib.  Şurada cari məsələlərin müzakirəsinə, gənclərimizin yüksək təhsilə yiyələnmələriylə yanaşı, onlarda mənəvi tərbiyənin, xüsusən vətənpərvərlik motivlərinin gücləndirilməsi istiqamətində məqsədyönlü işlərin daha da genişləndirilməsi yolunda tapşırıqlara yer verilib. 

Covid-19 virusundan vəfat edən məktəb-liseyin azərbaycan dili və ədəbiyyat müəllimi Züleyxa Nağıyeva və tarix müəllimi İlhamiyyə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi