Ilk dərslər "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunub

    Məktəb-liseydə ilk dərslər "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunub. Bir il öncə başlayan və 44 gün davam edən müharibə yaddaşlarımıza həm sevinc, həm də göz yaşları ilə həkk olundu. Qan yaddaşımız zəfər tariximizlə əvəz olundu. Bu qısa, amma şanlı müharibə tək böyüklərin deyil, uşaqların da yaddaşında dərin izlər buraxdı. Şagirdlərin yüksək emosiya və qürurla səsləndirdikləri şeirlər, şəhid və qazilərimizlə bağlı paylaşdıqları məlumatlar, baxdıqları videorolikler zamanı keçirdikləri həyəcan, qürur və düşmənə nifrət hissi bunun bariz nümunəsi ola bilər. Hər bir şagirdin qəlbində vətən sevgisi çox yüksəkdir, onlar heç bir zaman torpaqlarımızın azad olunması uğrunda şəhid olan qəhrəmanlarımızı və sağlamlıqlarını bizim firavan həyatımız üçün fəda edən qazilərimizi unutmayacaq, daima böyük ehtiramla yad edəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi