Əyani tədrisə başlanılıb
Sentyabrın 22-də ibtidai siniflərdə əyani tədrisə başlanılıb. Ənənəvi tədrisə keçidlə əlaqədar rast gəlinə biləcək problemlərlə bağlı əvvəlcədən lazımi bütün işlər yerinə yetirilib. Sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanması, işçilərin qoruyucu maskalardan istifadə etməsi, təhsil müəssisələrində aidiyyəti dövlət qurumları tərəfindən vaxtaşırı dezinfeksiya işlərinin aparılmasının təşkili rəhbərlik tərəfindən nəzarətdə saxlanılır.