28 May Respublika Günü
1918-ci ildə Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir. Cəmi 23 ay yaşamasına baxmayaraq həyata keçirdiyi silsilə tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır.
Məktəb-liseyin 3a sinif şagirdləri Respublika Günü münasibətilə tədbir keçirib. COVID-19 pandemiyası ilə bağlı olaraq tədbirdə az sayda şagird iştirak edib. Onlar vətənlə bağlı şeirlər səsləndirib, mahnılar oxuyublar. Sinif rəhbəri Solmaz Məhərrəmova şagirdlərə bu günlə bağlı tarixi faktları çatdıraraq bu günün tariximizin şanlı səhifələrindən biri olduğunu da vurğulayıb.