Ulu öndərə həsr olunmuş onlayn tədbirimizdən

      Bu gün Ulu öndər Heydər Əliyevin anadan olmasından 98 il ötür. Məktəb-liseyin tarix müəllimi İlhamiyyə Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 98 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirib. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsiylə başlayıb. Himndən sonra I-IX sinif şagirdlərinin ümummilli liderə ithaf olunmuş şeir və mahnıları səslənib. Gözəl rəqs nümunələrinin də göstərildiyi tədbirdə Heydər Əliyevin müdrik kəlamlarından sitatlar gətirələrək dahi şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən videoçarx və filmlər də nümayiş olunub. Ulu öndərin tarixi xidmətləri minnətdarlıqla xatırlanıb. Sonda məktəb-liseyin direktor müavini Xanım Xəlilova çıxış edərək bu tədbirin təşkilində əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi