Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi

    Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi Fəaliyyət planına əsasən müəyyən istiqamətlərdə fəaliyyətə başlayan 3e sinif şagirdləri və sinif rəhbəri Nişanə Xəlilova pandemiya ilə əlaqədar olaraq tətbiq olunan sərt karantin rejiminin tələblərinə uyğun fərdi iş üsulundan istifadə edərək tədqiqat işinə başlayıb. Şagirdlər şəhid, qazi və zabitlərimizin həyat və mübarizə yolunu əks etdirən videoçarxlar hazırlayıb. 3e sinif şagirdləri ayrı-ayrılıqda şəhid ailələrini ziyarət edərək şəhidlərimiz haqqında məlumat toplamış , topladıqları məlumatlara əsasən Vətən Müharibəsi şəhidləri haqqında divar qəzetləri çıxarmışlar. Şagirdlər arasında şəhidlərin keçdiyi döyüş yolunu əks etdirən rəsm əsərlərindən ibarət sərgi də təşkil edilib. Sinif rəhbəri sinifdən seçilmiş 3 şagirdlə birlikdə 17 yanvar tarixində Fəxri Xiyabanı ziyarət etmiş, ziyarət müddətində şəhid ailələri ilə söhbət aparıb onları təsəlli etməyə çalışmışlar. 19 yanvar saat 13:00-da təşkil olunmuş açıq dərsdə sinif rəhbəri Nişanə Xəlilova və 3e sinif şagirdləri ilə yanaşı məktəb direktoru Şəmsi Qocayev və direktor müavinləri Xanım Xəlilova, İradə Musayeva və İlahə Haqverdiyeva da iştirak edib. Giriş hissədə şagirdlərə Qarabağ haqqında təqdimat təqdim olunaraq məlumatlar verilib. Dərs müddətində sinif rəhbəri Nişanə Xəlilovanın təşəbbüsü ilə 44 günlük müharibə iştirakçısı, kəşfiyyatçımız Rəşad İsmayılov da iştirak edib, şagirdlərlə söhbət aparmışdır. Müharibə iştirakçısı ilə görüş şagirdlərə xoş təsir bağışlamış onların vətənpərvərlik ruhunda yetişdirilməsinə müsbət təsir göstərmişdir. Dərsin sonunda məktəb direktoru Şəmsi Qocayev şagirdlərə öz məsləhətlərini verərək dərsin təşkili və həyata keçirilməsində göstərdiyi səyə görə sinif rəhbərinə təşəkkürünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi