Yol hərəkəti qaydaları
Şagirdlər onlayn şəkildə "Yol hərəkəti qaydaları" ilə tanış olub. Hazırladıqları işıqforları nümayiş etdirərək yol hərəkəti qaydalarına aid slayd ve şəkillər göstəriblər. Dərs zamanı müəllim şagirdlərə işıqforun rəngləri və rənglərin mənalarını açıqlayıb. Onları yol hərəkəti qaydalarına əməl etməsələr həyatları üçün yaranacağı təhlükələr barədə daha dərindən məlumatlandırıb. Sonda şagirdlər işıqfor haqqında öyrəndikləri şeirləri səsləndiriblər.