İsa bulağından məktubumuza cavab

     

-Allahın salamı olsun Vətən üçün gecələr yatmayan, gündüzlər dincəlməyən qeyrətli atalara, oğullara, babalara, Vətənin qürurlu övladlarına, Azərbaycanın vüqarlı əsgərlərinə, zabitlərinə, leytenant və mayorlarına- güclü Ordusuna.

Qələm sözümə baxmayır, göz yaşlarım dayanmayır, bir bilsəniz nələr, nələr yazmaq istəyirəm, amma alınmır.

Bu həyəcanım sevincimdəndir, əzizlərim. Təkcə mən deyil, mənim ailəm deyil, bütün Azərbaycan sizlərlə fəxr edir. Sizlər ön cəbhədə, biz isə arxa cəbhədə vuruşuruq. Bizlər ilhamı sizlərdən alırıq.

Sizi and verirəm Allaha, gözünüz arxada qalmasın. Eşitdim ki orada-səngərdə çox soyuqdur. Üşüyürsünüz.

Biz isə burada-evlərimizdəyik, istidir. Biz üşümürük. Bu da sizin sayənizdədir.Hər yatağa girəndə, isti yorğanımı üstümə çəkəndə sizlərdən xəcalət çəkirəm. Dualarımız sizinlədir, bilin ki, bütün analar, bacılar, nənələr hər an sizlər üçün dua edirlər.

Ən böyük arzum İsa bulağını görməkdir. İnşaallah bu gün çox yaxındadır. Bu da sizin sayənizdə olacaq.

“Dağlar yerindən tərpənsə də sən tərpənmə! Dişlərini bir-birinə sıx, başını Allaha tapşır, ayağını yerə mıxla, baxışını düşmən cəbhəsinə zillə, gözünü yığ və bil ki qələbə allah tərəfindədir (İmam Əli)”

Məktub məktəb-liseyin 7b sinif  şagirdi Hüseynzadə Çiçək tərəfindən göndərilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi